İsmayıllı rayonunda zəlzələ olub
Hadisə
1745
09 Mar 2025 | 08:05

İsmayıllı rayonunda zəlzələ olub

İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.
 
Bu barədə  Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
 
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 15 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınmışdır”, – Mərkəzin məlumatında diqqətə çatdırılıb.
 
Yerli vaxtla 04:01-də qeydə alınmış yeraltı təkanların ocağı 43 km dərinlikdə yerləşib.
Link kopyalandı!
Son xəbərlər