Qaxda çay sahilində avtomat aşkarlanıb
Hadisə
1435
07 Mar 2025 | 12:14

Qaxda çay sahilində avtomat aşkarlanıb

Qax rayonunda çay sahilində odlu silah tapılması barədə polisə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan "Kalaşnikov" markalı avtomat, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb. Aşkar olunmuş silah müvafiq ekspertizaya göndərilib.
 
Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan iki ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Link kopyalandı!
Son xəbərlər