Bizi sosial şəbəkələrdən izləyin:
"İnçə kəndində baş verən intihar hadisəsi ailə münaqişəsi zəminində baş verib".
Bunu Oxu.Az-a açıqlasında Göyçay rayonu İnçə kənd bələdiyyəsinin sədri Namiq Baxışov deyib.
Bələdiyyə sədri qeyd edib ki, hadisə baş verən gün özü kənddə olmayıb:
"Bakıda idim, kəndə qayıdanda aldım xəbəri. Onda da artıq qızı aparıb öz kəndlərində dəfn etmişdilər. Qız özü İsmayıllının hansısa kəndindəndir. Bildiyim qədər ailə münəqişəsi zəminində olub hadisə. Əri Gülnarənin işləməyini istəməyib. Onların altı uşağı var. Uşaqlarının böyüyü məktəbi bitib, o birilər də məktəblidirlər.
Əri deyib ki, müavinət alırsan, bəsdir, işləmə. Əri özü mal-qara otarmaqla məşğuldur. Qadın da kənd camaatı ilə qonşu kəndlərdə torpaqda işləməyə, fəhləliyə gedirmiş ki, əlavə pul qazansın. Əri bundan narazı olub, qadın isə deyib getməkdə israr edib. Bunun üstündə mübahisə ediblər, kişi çıxıb gedib, qayıdanda da görüb ki, qadın özünü asıb. Anası və qardaşı mərhumun nəşini aparıblar İsmayıllıya, öz kəndlərində dəfn ediblər".