FHN bu hoteldə təlim keçirdi - VİDEO
Hadisə
1450
07 Mar 2025 | 11:33

FHN bu hoteldə təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Şamaxı rayonunda yerləşən “Shamakhi Palace Sharadil”də “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
 
Moderator.az xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd hotelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.
 
Əvvəlcə təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən hotel kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, hotellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
 
Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra qurumun yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq, yanğınsöndürənlər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” qısa müddətdə söndürülüb.
 
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
 
Qeyd edək ki, bu cür tədbirlər nazirlik tərəfindən mütəmadi olaraq təşkil edilir.
 

 

Link kopyalandı!
Son xəbərlər