Beyləqanda kişi spirtli içkidən zəhərlənərək ölüb
Hadisə
1450
07 Mar 2025 | 10:47

Beyləqanda kişi spirtli içkidən zəhərlənərək ölüb

Beyləqanda zəhərlənmə faktı qeydə alınıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, ilkin ehtimala görə, spirtdən zəhərlənən 1996-cı il təvəllüdlü Səyyad Vəlizadə həyatını itirib.
 
Qohumları onun spirtli içkidən zəhərləndiyini bildirib.
 
Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər