Bizi sosial şəbəkələrdən izləyin:
Gəncədə ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın başlayıb.
"Report" xəbər verir ki, bu barədə Fövəqladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.