Bizi sosial şəbəkələrdən izləyin:
Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edərək vəfat edən Siyəzən sakininə "Digər xoralı kolitlər" diaqnozu təyin edilibmiş.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Fevralın 24-də saat 10:33-də qida zəhərlənməsi şübhəsi ilə bir nəfər (kişi cinsli) Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. 1987-ci il təvəllüdlü şəxsə "Digər xoralı kolitlər" diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra xəstə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub", - məlumatda qeyd olunub.