Ordubadda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - 90 yaşlı kişi öldü
Hadisə
729
03 Mar 2025 | 13:01

Ordubadda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - 90 yaşlı kişi öldü

Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.
 
"Unikal" xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.
 
Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
 
Onlardan S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq ölüb. 
 
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər