Bakıya gətirilən bahalı avtomobillər yandı - ANBAAN GÖRÜNTÜSÜ
Hadisə
948
03 Mar 2025 | 11:08

Bakıya gətirilən bahalı avtomobillər yandı - ANBAAN GÖRÜNTÜSÜ

Siyəzən rayonunda, Bakı-Quba yolunda yanğın olub.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, yolda (ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) "Mercedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan beş ədəd "Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.
 
Qoşquda olan digər üç avtomobil yanğından mühafizə olunub.
 
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
 

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər