Neft emalı zavodunda güclü yanğın baş verdi
Hadisə
1006
03 Mar 2025 | 08:24

Neft emalı zavodunda güclü yanğın baş verdi

Başqırdıstan Respublikasının (Rusiya Federasiyası) paytaxtı Ufa şəhərində neft emalı zavodunun ərazisində dronun hücumundan sonra yanğın baş verib.
 
Bu barədə yerli teleqram kanallar məlumat yayıb.
 
Onların sözlərinə görə, şahidlər yerli vaxtla təxminən saat 01:30-da azı bir partlayış eşidiblər, bundan az əvvəl uçan dronların səsləri eşidilib və zaman keçdikcə neft emalı zavodunun ərazisində baş verən yanğının görüntüləri internetdə yayılmağa başlayıb.
 
“Bu gecə Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikaları Ufadakı Ufa Neft Emalı Zavodunun ərazisində yanğın barədə məlumatdan sonra yola düşüb”, – Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan üzrə Baş İdarəsi bildirib.
 
Daha sonra idarə yanğının lokallaşdırıldığını açıqlayıb. Ölənlər barədə məlumat yoxdur. Report
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər