“Faxralı”da güclü yanğın - Yaxınlıqdakı bina sakinləri təxliyə olunur+Video+Yenilənir
2627
01:54, Bu gün

“Faxralı”da güclü yanğın - Yaxınlıqdakı bina sakinləri təxliyə olunur+Video+Yenilənir

Abşeron rayonu, Xırdalan şəhərində güclü yanğın başlayıb.
 
Moderator.az -ın məlumatına görə, hadisə AAF Park yaşayış kompleksinin ərazisindəki  “Faxralı” restoranında qeydə alınıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
 
Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.
 
Xəsarət alanların olub-olmaması hələ ki, bilinmir.
 
***
 
FHN yanğınla bağlı məlumat yayıb.
 
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
 
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir”, - məlumatda qeyd olunub.
 
***
 
Məlumata görə, yanğın nəticəsində restorana bitişik fitnes salonuna da ziyan dəyib.
 
Alovun yaşayış binasına keçməsinin qarşısının alınması üçün tədbirlər görülür. Təhlükəsizlik məqsədi ilə binadan sakinlər təxliyə edilir.
 
***
 
FHN yanğınla bağlı daha bir məlumat yayıb.
 
Bildirilib ki, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb:
 
“Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir. Əlavə məlumat veriləcək”.

 

Link kopyalandı!
Son xəbərlər