Bizi sosial şəbəkələrdən izləyin:
Sabunçu Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən İmran Fətəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama əsasən, hadisə ötən il paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, İmran Fətəliyev etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, zərərçəkmiş G.İsmayılovanı vurub. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.
Hadisədən sonra İmran Fətəliyev saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.