Bizi sosial şəbəkələrdən izləyin:
Yaponiyanın Şizuoka əyalətindən olan 32 yaşlı kişi keçmiş sinif yoldaşının 53 yaşlı anası ilə evlənib.
İsamu Tomioka adlı kişi Midorini ilk dəfə 20 ildən çox əvvəl məktəbə valideyn-müəllim görüşünə gələndə görüb.
Daha sonra qadının çox gözəl olduğunu qeyd edib. 20 il sonra o, təsadüfən Midorini ilə rastlaşıb və onun “yetkin və ləyaqətli” görünüşünə və davranışına heyran olub. O, anasını nahara dəvət etmək üçün keçmiş sinif yoldaşı ilə əlaqə saxlayıb.
Tomioka qadına ona aşiq olduğunu deyəndə, qadın çox təəccüblənib və etitazını bildirib.Ancaq bu, kişini dayandırmayıb və bir ay ərzində onu hər gün görüşə dəvət edib.
Yapon qadın əvvəlcə özündən 21 yaş kiçik insanla görüşməyin yersiz olduğunu düşünüb. Lakin həmin vaxt o, çətin bir boşanma yaşayıb və Tomioka ona bunun öhdəsindən gəlməyə kömək edib. Sonda hətta Midorinin qızı da bu münasibətə qarşı olmadığını bildirib. Qadının gənc sevgilisi ilə görüşməsindən ehtiyat edən yeganə adam valideynləri olub.
Lakin Tomioka qadının valideynlərinə izah edib ki, sevgidə “normal” və “anormal” anlayışlar yoxdur. O, Midori üçün ev alıb. Tomioka və Midori nəhayət 2024-cü ilin iyulunda evləndilər.
Medianews.az