200 milyon dollar zərər dəydi - Emin Ağalarov
Hadisə
538
08:58, Bu gün

200 milyon dollar zərər dəydi - Emin Ağalarov "Krokus Siti"dən DANIŞDI

"Krokus Siti Holl"un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov baş verən faciədən sonra ailəsinə ünvanlanan tənqidlərə münasibət bildirib.
 
 E.Ağalarov ittihamları əsassız adlandırıb.
 
O vurğulayıb: “Tənqidlərin və mənfi şərhlərin hamısı çox ədalətsiz idi. Əminəm ki, istintaq bütün faktları açıqlayacaq və vəziyyət aydınlaşacaq".
 
E.Ağalarov əlavə edib ki, ailəsi üçün baş verənlər şəxsi faciədir: “Sanki kimsə evinizə gəlib, insanlara atəş açıb, evinizi yandırıb. Bunu xatırlamaq dəhşətlidir".
 
Onun sözlərinə görə, "Krokus Siti"yə məlum terror aktı ilə bağlı 150-200 milyon dollar zərər dəyib.
 
Xatırladaq ki, ötən il martın 22-də Ağalarovlara məxsus olan və Moskva ətrafında yerləşən "Krokus Siti Holl"da terror aktı baş verib.
Link kopyalandı!
Son xəbərlər