Yerə yaxınlaşan təhlükəli asteroid Ayla toqquşacaq?
Hadisə
309
13:26, Bu gün

Yerə yaxınlaşan təhlükəli asteroid Ayla toqquşacaq?

Alimlər tərəfindən bu yaxınlarda kəşf edilən "2024 YR4" asteroidi 2032-ci ildə Ayla toqquşa bilər.
 
Bu barədə NASA məlumat yayıb.
 
Mütəxəssislər toqquşma ehtimalının hazırda 1,7% olduğunu hesab edirlər. Eyni zamanda, elm adamları asteroidin Yerlə toqquşa biləcəyini praktiki olaraq istisna edirlər (0,004%). Hərçənd bu yaxınlarda ekspertlər bu ehtimalı 3,1% olaraq qiymətləndirirdilər.
 
NASA mütəxəssisləri asteroidin diametrinin 40-90 metr olduğunu təxmin edirlər ki, bu da Çelyabinsk meteoritindən bir neçə dəfə böyükdür.
Link kopyalandı!
Son xəbərlər