Deputat oğlu ilə 47 yaşlı qadını öldürdü - Sinif yoldaşı olublar - FOTO
Hadisə
415
19:28, Bu gün

Deputat oğlu ilə 47 yaşlı qadını öldürdü - Sinif yoldaşı olublar - FOTO

Rusiyada iki məmur qətl törədib.
 
Rımnikski kənd qəsəbəsinin 47 yaşlı rəhbəri Dmitri Rudski məktəb illərindən bəri sinif yoldaşı Gülnaz Valeyevaya qarşı antipatiya hissi bəsləyirmiş. Onlar bir neçə il davam edən münaqişə yaşayıblar. Zaman keçdikcə aralarındakı münasibətlər daha da gərginləşib, Rudski qadını dəfələrlə fiziki zorakılıqla hədələyib. Gülnaz isə bu hədələrə cavab olaraq polisə müraciət edib.
 
 
Fevralın 24-nə keçən gecə Rudski özü ilə yerli şuranın deputatı Aleksandr Brukhal və oğlu Andreyi götürərək Gülnazın yaşadığı ünvana gedib. O, əvvəlcə avtomobillə qadının üzərindən keçməyə cəhd edib, sonra isə onu avtomobilin baqajına qoyaraq, rayon mərkəzindən 30 kilometr uzaqlıqdakı Morozovka kəndinə aparıblar. Orada qadına işgəncə verərək onu amansızcasına qətlə yetiriblər.
 
Gülnazın meyiti dərədə tapılıb.Məlumata görə, cəsədin üzərində yanıq izləri də olub. 
 
Cinayəti törədən üç nəfər dərhal saxlanılıb və günahlarını etiraf ediblər. Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin "Oğurluq" və "Bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla törədilmiş adam öldürmə" maddələri ilə cinayət işi açılıb.
 
Hazırda istintaq davam edir.
 
Link kopyalandı!
Son xəbərlər