Sərnişin təyyarəsində bomba həyəcanı -  Təcili eniş etdi
Hadisə
341
11:18, Bu gün

Sərnişin təyyarəsində bomba həyəcanı -  Təcili eniş etdi

"American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkdan Hindistanın paytaxtı Yeni Dehliyə uçarkən bomba təhlükəsi ilə üzləşib.
 
Aviaşirkət e-poçt vasitəsilə alınan bomba təhlükəsi səbəbindən ekipajı xəbərdar edib. Bu arada, Xəzər dənizinin üzərində olan təyyarə təhlükəsizlik tədbirləri ilə əlaqədar təcili olaraq İtaliyaya yönləndirilib və Romadakı "Leonardo da Vinçi" hava limanına enib.
 
Hadisədən sonra İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki Eurofighter Typhoon döyüş təyyarəsi təyyarəni müşayiət edib. Təyyarə təhlükəsiz şəkildə Romaya eniş edib və hadisədən sonra geniş təhlükəsizlik tədbirləri görülüb.
 
ABŞ mətbuatında yer alan xəbərlərə görə, bomba təhdidinin əsassız olduğu üzə çıxıb.
 
“Təhlükəsizlik bizim əsas prioritetlərimizdir və müştərilərimizə anlayışlarına görə təşəkkür edirik”, - deyə "American Airlines"in bəyanatında qeyd olunub. (Ajans.az)
Link kopyalandı!
Son xəbərlər