Mingəçevir su anbarında batan 26 yaşlı gəncin meyiti tapılıb, 22 yaşlı oğlan axtarılır
Hadisə
474
23 Feb 2025 | 18:07

Mingəçevir su anbarında batan 26 yaşlı gəncin meyiti tapılıb, 22 yaşlı oğlan axtarılır

Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan 26 yaşlı İsmayılov Müşviq Rəhim oğlunun meyiti bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hazırda batdığı ehtimal edilən digər şəxsin - 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər