Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Cənubi Karolina ştatında 15 ildə ilk dəfə bir məhbus güllələnərək öldürüləcək.
Cəzanın icrası martın 7-nə planlaşdırılır.
Məlumata görə, 67 yaşlı Bred Siqmon elektrikli stul və yaxud inyeksiya ilə edam əvəzinə, özü bu metodu seçib.
Ümumilikdə 1967-ci ildən bu yana ABŞ-də bu üsulla 3 nəfərə cəaza verilib.
Qeyd edək ki, Siqmon 2001-ci ildə beysbol çubuğu ilə sevgilisinin valideynlərini ölümcül döyüb. Daha sonra sevgilisini qaçırsa da, qadın qaçaraq xilas ola bilib.