Rus kosmonavt Yerə qayıtdıqdan sonra nə ilə üzləşib?
Hadisə
1682
21 Feb 2025 | 16:59

Rus kosmonavt Yerə qayıtdıqdan sonra nə ilə üzləşib?

Kosmosda uzun müddət qaldıqdan sonra astronavt Yerə qayıtdıqdan sonra ciddi reabilitasiyaya ehtiyac duyur.
 
Bu barədə rusiyalı kosmonavt Anna Kikina “Sib.fm” nəşrinə müsahibəsində danışıb.
 
“Kosmosdan qayıtdıqdan sonra istənilən astronavt özünü belə hiss edir”, - Kikina bildirib.
 
O, insanların kosmosda olarkən neqativ amillərə məruz qaldığını, bundan sonra reabilitasiyadan keçməyin zəruri olduğunu vurğulayıb. Kikina etiraf edib ki, artıq altı aydır reabilitasiyadan keçir. Bundan əlavə, kosmonavt qeyd edib ki, bərpa prosesi nizam-intizam və vaxt tələb edir.
 
O bildirib ki, artıq gələn il baş tutacaq uçuşa hazırlaşır.
Link kopyalandı!
Son xəbərlər