Direktorun idarə etdiyi maşın qəzaya uğradı: müəllimlər YARALANDI
Hadisə
1495
20 Feb 2025 | 14:29

Direktorun idarə etdiyi maşın qəzaya uğradı: müəllimlər YARALANDI

Ötən gün müəllimlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bir sıra detalları məlum olub.
 
Modern.az-ın məlumatına görə, İsmayıllı rayon 6 saylı tam orta məktəbin direktoru Qalib Bəşirovun idarə etdiyi "Ford" markalı avtomobil dumana görə idarəetməni itirib və səkiyə çırpılıb.
 
Hadisə nəticəsində həmin məktəbin 2 müəlliminin xəsarət aldığı bildirilir.
Link kopyalandı!
Son xəbərlər