Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib
Hadisə
214
18 Feb 2025 | 21:59

Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib

Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib.
 
"Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy şəhər ərazisində yerləşən çörəkbişirmə sexində çalışan 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.
 
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər