ABŞ-də yəhudi İsraildən olan turistlərə atəş açıb:
1386
18 Feb 2025 | 10:46

ABŞ-də yəhudi İsraildən olan turistlərə atəş açıb: "Elə bildim fələstinlilərdir"

ABŞ-də İsraildən olan iki turist yerli yəhudinin etdiyi silahlı hücum nəticəsində yaralanıb.
 
Yerli yəhudi onları fələstinlilər zənn edərək cinayətə əl atıb.
 
İnsident Florida ştatının Mayami-Biç kurort şəhərində baş verib. Belə ki, israilli turistlər - ata və oğul avtomobil ilə gedərkən silahlı şəxs onların maşınını ötüb və turistlərə tərəf ümumilikdə 17 atəş açıb.
 
Yaralanan turistlərin həyati təhlükəsi yoxdur. Cinayəti törətmiş 27 yaşlı yəhudi dindirilmə zamanı fələstinlilərə atəş açdığını zənn etdiyini bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər