12 yaşlı qıza əxlaqsız hərəkətlər edən 66 yaşlı azərbaycanlı HƏBS OLUNDU
Hadisə
1596
18 Feb 2025 | 09:30

12 yaşlı qıza əxlaqsız hərəkətlər edən 66 yaşlı azərbaycanlı HƏBS OLUNDU

 Azərbaycan əsilli qocaya qarşı cinsi zorakılıq maddəsi ilə cinayət işi başlanıb.
 
 Sankt-Peterburq sakini qızının naməlum şəxs tərəfindən təzyiqə məruz qalması barədə polisə müraciət edib.
 
Sankt-Peterburq sakini 3 gün əvvəl hadisə ilə bağlı polisə məlumat verib. Qadının sözlərinə görə, fevralın 9-da Korablestroiteley küçəsindəki fitnes klubunun hamamında naməlum şəxs onun 12 yaşlı qızına toxunub.
 
Əməliyyatçılar şübhəli şəxsi Staro-Peterqofski prospektindəki evində saxlayıblar.
 
Xüsusi təcridxanada 66 yaşlı kişi barəsində həbs-qətimkan tədbiri seçilib.//lent.az
 
Link kopyalandı!
Son xəbərlər