Bizi sosial şəbəkələrdən izləyin:
Bakı–Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az Report-a istinadən xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.