Bir ailə hamamda dəm qazından ZƏHƏRLƏNDİ
Hadisə
1521
15 Feb 2025 | 21:49

Bir ailə hamamda dəm qazından ZƏHƏRLƏNDİ

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
 
Hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.
 
Belə ki, 1991-ci il təvəllüdlü Nərmin Lahıcova, 2013-cü il təvəllüdlü Aylin Lahıcova, 2014-cü il təvəllüdlü Aysu Lahıcova və 1969-cu il təvəllüdlü Təranə Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
 
Məlumata görə, hər 4 şəxs yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər