İranda qorxunc qəza: Buldozer dərəyə aşdı, sürücünün taleyi bilinmir
Hadisə
534
18:01, Bu gün

İranda qorxunc qəza: Buldozer dərəyə aşdı, sürücünün taleyi bilinmir

İranda qarın təmizlənməsi üçün istifadə edilən buldozer dərəyə aşıb.
 
"Azad İran" "Telegram" kanalı bununla bağlı görüntülər paylaşıb.
 
Bildirilib ki, hadisə Mazandaran əyalətinin Nur şəhərində qeydə alınıb.
 
Görüntülərdə qarın təmizlənməsi zamanı idarəetməsi itən buldozerin aşarkən sürücünün qapını açaraq çıxmağa çalışması görünür. Təəssüf ki, o buna imkan tapa bilmir. Sürücünün taleyi barədə məlumat verilməyib.

 

Link kopyalandı!
Son xəbərlər