Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Arizona ştatının Skottsdeyl şəhərinin hava limanında iki təyyarənin toqquşması nəticəsində bir nəfər həlak olub.
Bu barədə ABC telekanalının yerli bölməsi məlumat yayıb.
Məlumata görə, uçuş-enmə zolağından kənara çıxan təyyarə digər parklanmış təyyarə ilə toqquşub.
ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi "X"də Skottsdeyl hava limanına uçuşların müvəqqəti dayandırıldığını və hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.