Güclü zəlzələ oldu
Hadisə
979
08:04, Bu gün

Güclü zəlzələ oldu

Vanuatu Respublikasının əsas adası olan Efatenin qərb sahilində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
 
Bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
Mərkəzin məlumatına görə, təbii fəlakətin episentri paytaxt Port-Viladan 66 km şimal-qərbdə, ocağı isə 19 km dərinlikdə yerləşib.
 
Yaralananlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Link kopyalandı!
Son xəbərlər