Dələduzluq yolu ilə 80 min əldə edən şəxslər tutuldu
Hadisə
347
14:43, Bu gün

Dələduzluq yolu ilə 80 min əldə edən şəxslər tutuldu

Bakının Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub. 
 
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, araşdırmalarla həmin şəxsə ev satılması adı ilə 80000 manatının aldadılaraq ələ keçirilməsi məlum olub. 
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Ş.Balakişiyev və 42 yaşlı R.Səfərəliyev müəyyən olunaraq saxlanılıblar. 
 
Araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər