Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı
Hadisə
487
12:17, Bu gün

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

Fevralın 7-si saat 14.00 radələrində paytaxtın Səbail rayonunda fərdi yaşayış evində meyit tapılıb.
 
Moderator.az Teleqraf.az-a istinadən xəbər verir ki, vəfat edən şəxsin 1977-ci il təvəllüdlü Vadim Qriqorov olması müəyyənləşdirilib.
 
Mərhumun ölüm səbəbini öyrənmək məqsədi ilə müvafiq ekspertiza təyin olunub.
 
V.Qriqorov 1999-cü ildə Qərb Universitetinin (hazırda Qərbi Kaspi) politologiya ixtisasını bitirib. O, "Larson Logistics" şirkətinin Xəzər regionu üzrə direktoru vəzifəsində çalışırdı.
 
Ölüm faktı ilə bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər