Azərbaycanda qatar yandı – Zəhərlənənlər var
Hadisə
1811
07 Feb 2025 | 09:26

Azərbaycanda qatar yandı – Zəhərlənənlər var

Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib.
 
Hadisə rayon ərazisindən keçən qatarların birində qeydə alınıb.
 
İlkin məlumata görə, qatarın kömür qutularının qızışması zamanı tüstü ilə müşahidə olunan yanğın baş verib. Yanğın dərhal söndürülsə də, dörd nəfər Hacıqabul sakini, 2000-ci il təvəllüdlü İlqar Mərhəmət oğlu Yaqubov, 1987-ci il təvəllüdlü Emin Bəxtiyar oğlu Həsənov, 1995-ci il təvəllüdlü Əkbər Teymur oğlu Əkbərov və 1972-ci il təvəllüdlü Mübariz Xanbaba oğlu Qədirov tüstüdən zəhərləniblər.
 
Zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər