Bakının mərkəzində müəmmalı hadisə - 45 yaşlı kişi küçədə öldü
Hadisə
272
17:08, Bu gün

Bakının mərkəzində müəmmalı hadisə - 45 yaşlı kişi küçədə öldü

Fevralın 6-da saat 17 radələrində Nərimanov rayonunun Əliyar Əliyev küçəsində yerləşən 17 saylı binanın qarşısından meyit tapılıb.
 
Moderator.az Teleqraf.az-a istinadən xəbər verir ki, araşdırma zamanı vəfat edən şəxsin Cəbrayıl rayon sakini olan 45 yaşlı S.Şahsevənov olması müəyyənləşib. Onun hansı səbəbdən vəfat etməsi məlum deyil. Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Həmçinin məlum olub ki, 2023-cü ilin mart ayında Nərimanov rayonu ərazisində S.Şahsevənovu və yanındakı 4 nəfəri maşın vurub. Həmin vaxt ağır yaralanan kişi uzun müddət xəstəxanada və evdə müalicə alıbmış.
 
Link kopyalandı!
Son xəbərlər