Qadını şəkilləri ilə şantaj edən şəxs saxlanıldı
Hadisə
374
12:25, Bu gün

Qadını şəkilləri ilə şantaj edən şəxs saxlanıldı

Qadını şantaj edən şəxs tutulub.
 
Moderator.az DİN-ə istinadən xəbər verir ki, paytaxt sakini olan 32 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini və 4500 manat pul tələb etdiyini bildirib.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 35 yaşlı T.Əhliyarlı müəyyən olunaraq saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər