Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib, araşdırma aparılır - RƏSMİ
Hadisə
329
11:53, Bu gün

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib, araşdırma aparılır - RƏSMİ

Ucar rayonunda Rəstəcə kənd tam orta məktəbin 9 -cu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regoinal Təhsil İdarəsi məlumat yayıb.

"Məsələ ilə bağlı bildiririk ki, 04 fevral 2025-ci il tarixdə saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib. Xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb",- məlumatda qeyd olunub.

Vurğulanıb ki, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.

"Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - idarədən bildirilib.

Link kopyalandı!
Son xəbərlər