Bakıda həbs edilən rusiyalı sabiq hakim SƏRBƏST BURAXILDI
Hadisə
522
05 Feb 2025 | 17:59

Bakıda həbs edilən rusiyalı sabiq hakim SƏRBƏST BURAXILDI

Bakıda həbs edilən Rusiyanın Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxaleva həbsdən buraxılıb.
 
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, eks-hakim barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
 
Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
 
Məhkəmənin 4 fevral 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər Rayon Prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 
Bundan başqa, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Y.Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır.
Link kopyalandı!
Son xəbərlər