Azərbaycanda 51 nəfəri daşıyan avtobus yük avtomobili ilə TOQQUŞDU
Hadisə
1384
01 Feb 2025 | 22:24

Azərbaycanda 51 nəfəri daşıyan avtobus yük avtomobili ilə TOQQUŞDU

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.
 
Nəticədə, sərnişinlərdən biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.
 
Sərnişin avtobusuna da ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər