Araz çayında balıq ovlayan şəxs saxlanıldı
Hadisə
516
16:45, Bu gün

Araz çayında balıq ovlayan şəxs saxlanıldı

Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
 
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ekologiyaya zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovu ilə məşğul olan B.Məhəmmədovu saxlayıb.
 
Həmin şəxsdən 154 ədəd müxtəlif növ balıq, eləcə də ov qurğuları aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırmalar aparılır.
 
Link kopyalandı!
Son xəbərlər