Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gün saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində ağır yol qəzası baş verib.
Moderator.az xəbər verir ki , “VAZ 2106” və “VAZ 2101” markalı avtomobillər toqquşub.
Nəticədə birinci avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin - 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb.
Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və 2002-ci il təvəllüdlü sərnişini Elnur Cəbrayılov yaralanıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.