Bizi sosial şəbəkələrdən izləyin:
"Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə qumbaranın partlaması ilə baş verən faciə çox üzücüdür. Partlayışda azyaşlılarla yanaşı, ailə üzvlərinə də ziyan dəyib".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisdə Ağcabədini təmsil edən deputat Aqil Abbas deyib.
“Hadisə rayonun Hindarx qəsəbəsində olub. Mənim seçki dairəmin ərazisidir. Çox ağır faciədir”, - deyə o qeyd edib.
Deputat faciənin evdə olduğunu bildirib: “Qumbaranı uşaq zibillikdən tapıb evə gitirib. Evdə də Bərdədən gəlmiş 2 qonaq varmış. Həmin vaxt evdə əldən əlil olan yaşlı adam uşağın əlində olan qumbaranı alıb. Maraqlanmaq istəyib ki, bu nədir? Əlində saxlaya bilməyib və qumbara yerə düşüb partlayıb. Nəticədə belə bir faciə yaşanıb”.
Aqil Abbas sabah səhər Ağcabədiyə - faciə baş verən Hindarx qəsəbəsinə gedəcəyini bildirib.
Qeyd edək ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib.
Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.