Qəzaya uğrayan təyyarənin göyərtəsində rusiyalı...
Hadisə
685
30 Jan 2025 | 19:28

Qəzaya uğrayan təyyarənin göyərtəsində rusiyalı...

ABŞ-da qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində rusiyalı fiqurlu konkisürənlər Yevgeniya Şişkova və Vadim Naumov olub. Cütlük 1998-ci ildə ABŞ-a köçüb və o vaxtdan bu ölkədə təlimçi kimi çalışır.
 
Moderator.az xəbər verir ki, bu zaman Kanzas ştatının Viçita şəhərində fiqurlu konkisürmə üzrə ABŞ çempionatı keçirilirdi.
 
SSRİ və Rusiya yığma komandalarında cütlük kimi çıxış edən Evgeniya Şişkova və Vadim Naumov 1994-cü ildə dünya çempionu adını qazanaraq fiqurlu konkisürmədə əhəmiyyətli zirvələrə çatdılar. 1995-ci ildə münasibətlərini qanuniləşdirdilər və üç il sonra, 1998-ci il Olimpiadasına vəsiqə qazanmaq üçün uğursuz cəhddən və idman karyeralarını bitirdikdən sonra ABŞ-a köçdülər.
 
Qəzaya uğrayan təyyarənin göyərtəsində Rusiya fiqurlu konkisürmə məktəbinin digər məşhur nümayəndələri, o cümlədən Alisa Efimova, Mişa Mitrofanov, Daniil Parkman, Aleksey Şepetov, Entoni Ponomarenko və Artyom Markelov ola bilərdi.
Link kopyalandı!
Son xəbərlər