Yanğında ölənlərin ailələrinə zəng edib, ələ saldılar
Hadisə
1277
26 Jan 2025 | 22:53

Yanğında ölənlərin ailələrinə zəng edib, ələ saldılar

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda hoteldə baş verən yanğında həyatını itirənlərin yaxınlarına zəng edərək təhqir edən 3 nəfər saxlanılıb.
 
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial media hesabında paylaşım edib.
 
“Millətimizin ağrısını heç kim ələ sala bilməz. Buna cəhd edənlər təkcə xalqımızın vicdanında deyil, qanunlar qarşısında da mühakimə olunacaq”, – nazir qeyd edib.
 
Xatırladaq ki, oteldə baş verən yanğında ümumilikdə 78 nəfər həlak olub./axar
Link kopyalandı!
Son xəbərlər