Bizi sosial şəbəkələrdən izləyin:
Oğlunu evləndirən qadın toy zamanı gəlininin əslində onun qızı olduğunu anlayıb.
Moderator.az xəbər verir ki, Çinin Tszyansu əyalətinin Suçjou şəhərində keçirilən toy mərasimi film ssenarisini xatırladan hadisə ilə sosial mediada müzakirə mövzusu olub. Toyda bəyin anası gəlini ilə bağlı bir detal görərək təəccüblənib.
Toy zamanı diqqət çəkdiyi bir detaldan sonra böyük həyəcan və təəccüblənən qayınana gəlinin ailəsinə üz tutaraq “Bu qızı övladlığa götürmüsünüz?” sualını verib. Gəlinin ailəsi bu sualdan məəttəl qalıb. Əvvəlcə susdu, sonra etiraf gəldi: “Hə” cavabını aldı... İllər əvvəl yol kənarında atılmış körpə tapıb, heç kimə demədən övladlığa götürüblər.
Oğlu ilə evlənməyə hazırlaşan qadının diqqət çəkdiyi detal bu idi; Gəlinin əlindəki doğum nişanı 20 il əvvəl itirdiyi qızının doğum nişanı ilə tam eyni idi... Məlum oldu ki, qayınananın göz yaşları içində qucaqladığı gəlin öz qızıdır.
Bu gözlənilməz hadisənin bəyi narahat edən bir ölçüsü də var idi. Bəylə gəlinin qardaş olması ehtimalı hər kəsin ağlına gələn ilk sual oldu. Ancaq burada hekayə fərqli bir ölçü aldı. Məlum olub ki, bəy gənc yaşda övladlığa götürülən biri olub. Yəni bu, cütlüyün bioloji qan bağının olmadığını göstərib.