Azərbaycanda ötən il övladı yüksək balla ali məktəbə qəbul olunan ata intihar edib.
Teleqraf.com-un əldə etdiyi xəbərə görə, yanvarın 20-də Ağsu rayonunun Rəhimli kəndində özünə qəsd edən Səyyad Əsgərovun iki övladı tələbədir.
Onun qızı S.Əsgərova ötən il qəbul imtahanlarında 679 bal toplayıb və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakülətsinə daxil olub. Hazırda adıçəkilən ali məktəbin birinci kursunda təhsil alır.
S.Əsgərovun oğlu A.Əsgərov isə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsidir.
Rəhimli kəndinin bələdiyyə sədri Eldar Yadigarov Teleqraf.com-a açıqlamasında deyib ki, həyatına qəsd edən Səyyad Əsgərov mülayim xarakterli insan olub:
“Səyyad 1975-ci il təvəllüdlüdür. Rəhimli kəndində yaşayırdı. Mağazası var idi, onu işlədirdi. Çox mehriban, xeyirxah insan idi, hər zaman hamıya köməklik göstərərdi. Heç kimlə problemi olmazdı. Kiməsə artıq nə isə söz deməzdi. Bir qızı, bir oğlu var. Ailə olaraq da çox yaxşı ailədirlər. Heç bir mənfi cəhətləri yox idi. Deyim ki, kimləsə ədavəti var idi, yox”.
Bələdiyyə sədri onunla intihar etməzdən bir gün öncə görüşdüyünü bildirib: “Məktəbin yanında bir məntəqə var, orada dünən saat 4-5 arasında görüşmüşük, söhbət etmişik, hal-əhval tutmuşuq. İndi hamımız da dəfndəyik. Nə bilim, vallah! Elə bir insan idi ki, biz onun intihar edəcəyini gözləməzdik”.
E.Yadigarov qeyd edib ki, S.Əsgərovun meyitini anası aşkarlayıb: “Səhər saat 8-də intihar edib. Tezdən durub, çay dəmləyib, amma içməyib. Sonra isə intihar edib. Anası birinci görüb. Elə evdə də anası ilə qalırdı. Yoldaşı Bakıya uşaqların yanına gedib. Bacısı oğlu darvazanı döyüb çağırıb, açan olmadığını görəndə hasardan içəri keçib və Səyyadın intihar etdiyini görüb”.
12:57
Ağsu rayonunun Rəhimli kəndində intihar hadisəsi olub.
Moderator.az xəbər verir ki, kənd sakini Əsgərov Səyyad Sadiq oğlu yanvarın 22-də özünə qəsd edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.