Bizi sosial şəbəkələrdən izləyin:
Quldurluqda şübhəli bilinən bir nəfər saxlanılıb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 13-də paytaxtın Sabunçu rayonu ərazisindəki evlərin birinə daxil olan naməlum şəxsin ev sahibinə kəsici alətlə xəsarət yetirərək, pul və mobil telefonunu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Sabunçu 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 25 yaşlı K.Əsgərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.