Abşeronda bir Hindistan vətəndaşı öldü, biri xəsarət aldı
Hadisə
488
18:12, Bu gün

Abşeronda bir Hindistan vətəndaşı öldü, biri xəsarət aldı

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində iki Hindistan vətəndaşı xəsarət alıb, daha sonra onlardan biri ölüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda deyilir ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırılması işləri zamanı 2003-cü il təvəllüdlü, Hindistan vətəndaşı Harı Prakashi aldığı xəsarətlərdən xəstəxanada ölüb, həmyerlisi, 1982-ci il təvəllüdlü Thattaru Padikkal isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər