Sabirabadda avtomobil kanala AŞDI - Xəsarət alanlar var
1673
11 Jan 2025 | 18:30

Sabirabadda avtomobil kanala AŞDI - Xəsarət alanlar var

Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var.
 
Hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.
 
Qəza nəticəsində ilkin məlumata görə, 4 nəfər xəsarət alıb.
 
Hadisə yerinə gələn FHN-nin əməkdaşları tərəfindən xəsarət alanlar təxliyə edilərək Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır. /Report/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər