Bizi sosial şəbəkələrdən izləyin:
Yanvarın 4-də saat 00:20 radələrində 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə Moderator.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-da saat 09:40-da ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, mətbuatda qadının zəhərlənib ölməsilə bağlı məlumatlar yayılıb.
13:04
Masallıda 30 yaşlı qız zəhərlənərək ölüb.
Moderator.az "Report"a istinadla xəbər verir ki, Babaser kənd sakini, 1995-ci il təvəllüdlü Dünya Güləbala qızı Ağayeva yanvarın 4-də dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.
Göstərilən tibbi yardımlara baxmayaraq, D.Ağayeva yanvarın 10-da müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.