Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi
Hadisə
352
14:15, Bu gün

Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi

Qax Rayon Məhkəməsinin hakimi qəfil vəfat edib.
 
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, məhkəmə hakimi, 1989-cu il təvəllüdlü Taleh Etibar oğlu Kərimov bu gün səhər saatlarında dünyasını dəyişib.
 
Bildirilib ki, T.Kərimovun səhhəti yaşadığı evdə pisləşib. Hadisə yerinə həkim briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, Mingəçevir şəhər sakini olan T.Kərimov ötən ilin may ayında Qax Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu.
 
Link kopyalandı!
Son xəbərlər