Bizi sosial şəbəkələrdən izləyin:
Keniyada timsah göldən su yığan qadına hücum edib.
Bu barədə Tuko nəşri məlumat yayıb.
Hadisənin yanvarın 5-də Viktoriya gölünün sahilində baş verib. 32 yaşlı qadın qızı ilə Kopiata çimərliyinə su götürmək üçün gəlib.
“Bir anda qadına timsah hücum etdi. O, qəfil peyda olub, onu tutub suya sürüklədi”, - nəşr qeyd edir.
Sürünənin hücumu anasına köməyə qaçan azyaşlı qızının gözü qarşısında baş verib. Yerli sakinlər çimərliyə gəlsələr də, qadına kömək edə bilməyiblər. Balıqçılar daha sonra onun parçalanmış cəsədini aşkar ediblər.